Yeni il ritualları

MARAQLI
23:10 / 29.12.2024
395

İnanclara görə, bayram gecəsində tutulan arzular mütləq yerinə yetir.

Bu səbəbdən də insanlar yeni il gecəsi müxtəlif rituallar həyata keçirirlər.

Araşdırmalar zamanı müəyyən edilib ki, ən effektli rituallardan biri arzunuzu simvolizə edən əşyalar almaq və həmin əşyaları şam ağacının ətrafına yığmaq, yaxud ağacdan asmaqdır. 

Bəzi insanlar deyir ki, 2023-ci ilin dekabrında bu haqda paylaşım etdim və 2024-ci ildə insanların niyyət və arzularının gerçəkləşməsi ilə bağlı geri dönüşlər aldım. 

Hit.az xəbər verir ki, şam ağacı qurmamısınızsa, 2025-cü ildə xəyalını qurduğunuz evin, maşının, işin simvolu olacaq bir əşya almalı və həmin əşyanı 2024-ni təhvil verdiyiniz dəqiqələrdə əlinizdə tutub, niyyətlər edərək , yeni ili qarşılaya bilərsiniz. Məsələn, maşın üçün kiçik maşın fiquru, ev üçün ev oyuncağı, səyahət üçün xarici pasportunuzu ağacdan asmaq və ya əlinizdə tutmaq sizi arzularınıza yaxınlaşdıracaq. Daha sonra həmin əşyaları il boyu evinizdə, ofisinizdə gözünüz görəcək yerlərdə saxlamalısınız.

Həmçinin, yeni illə bağlı məşhur rituallardan biri insanların hədəf və arzularını bir vərəqə yazmalarıdır. 

Belə ki, arzularımızı yazmaqla nə istədiyimizi müəyyən edirik və şüuraltımıza konkret xəritə, ünvan veririk. Məsələn, 2025-cü ildə “mənin övladım var” yazılmalıdır, övlad istəyirəm yox. İnsanlar niyyət və arzularını yazıb, şam ağacından asaraq və ya hədiyyə qutularının içinə qoyaraq , artıq yeni ilin hədəflərini müəyyən etmiş olurlar. Yazılan kağızlar növbəti ilin sonuna qədər saxlanmalıdır.

Onu da bildirək ki, rituallarla bağlı əsas nüans odur ki, onları qaydasında etməli, arzularınızı heç kəsə deməməli və arzularınızın yerinə yetəcəyinə sidq ürəkdən inanmalısınız.
 
Sevinc

0