Təyyarənin təkərləri niyə partlamır?

MARAQLI
22:25 / 29.12.2024
161

Son günlər ölkə gündəmini alt-üst edən məsələ Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğramasıdır. Bu hadisədən sonra insanlarda təyyarənin quruluşu ilə bağlı bir sıra suallar yaranıb. Bunlardan biri də təkərlərlə bağlıdır.

Maraqlıdır, yüksək sürətlə yerə dəyən təyyarənin təkərləri niyə partlamır?

Bu barədə Hit.az-a ekspert Zülfiqar Salmanov danışıb.

Onun sözlərinə görə, bunun ilk səbəbi təyyarənin çoxlu təkərlərə sahib olmasıdır:

“Təkərlərin sayı çox olduğu üçün eniş edən zaman ağırlır bütün təkərlər üzrə paylanır. Məsələn, “Boeing 777” təyyarəsində 14, “Airbus A 380”də 22 təkər vardır. İkinci olaraq da bu təkərlərə oksigen deyil, azot qazı vurulur. Çünki,  azot yüksək təzyiqə və istiliyə davam gətirə bilir. Üçüncüsü isə bu təkərlərdə termik relleler mövcuddur ki, 300 dərəcəyə çatdıqda təzyiqi çölə verərək, azaldır. Təyyarə yerə endiyi zaman təkərlərin sürəti təyyarənin sürəti ilə bərabərləşənə qədər fırlanmaz. Əvəzində isə sürüşər. Eniş zamanı çıxan dumanın səbəbi isə budur”.

Murad

0