Yəqin ki, bir çoxunuz öz-özünə danışma kimi hallarla qarşılaşmısınız.
Kimisində əsəbi olduğu zaman, kimisində isə təklikdən özünü büruzə verir.
Maraqlıdır, insan niyə öz-özünə danışır?
Məsələ ilə bağlı Hit.az-a açıqlama verən psixoloq Sevinc Əliyeva deyib ki, İnsanların öz-özünə danışması müxtəlif səbəblərlə izah edilə bilər və bu, təbiətdə bir çox fərqli məqsəd üçün ortaya çıxır:
“Öz-özünə danışmaq insanın düşüncələrini daha aydın şəkildə ifadə etməsinə və onları analiz etməsinə kömək edir. Bəzi insanlar bir problemi və ya vəziyyəti anlamaq üçün səslə düşünürlər. Bu, məsələn, bir problemi həll etməyə çalışarkən daha aydın düşünməyə və ya qərar verməyə kömək edir. Öz-özünə danışmaq, bəzən narahatlıq və stresslə mübarizə üsulu kimi işləyir. İnsanlar, xüsusilə gərgin və ya emosional vəziyyətlərdə, özlərinə rahatlama təmin etmək və ya qorxu və gərginliyi azaltmaq üçün danışa bilərlər.
Bəzi insanlar öz-özünə danışma yolu ilə duyğusal vəziyyətlərini idarə etməyə çalışırlar. Məsələn, öz-özünə "sakit ol" və ya "bu vəziyyətin öhdəsindən gələcəyəm" demək, insanın özünə rahatlıq verməsi və pozitiv düşünməyə kömək etməsi üçün istifadə edilə bilər”.
Murad