Bir qisim insanlar tərk edilmə qorxusundan əziyyət çəkir.
Onlar daim sevdiklərinin, yaxınlarının nə zamansa onları tərk edəcəyini düşünür.
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, çox vaxt tərk edilmə qorxusu insanın əvvəlki ayrılıq və tərk edilmə təcrübələrindən qaynaqlanır:
“Tərk edilmə fobiyasının iki növü var və adətən bu fobiya, uşaqlıqda başlayır. Birinci növ həddindən artıq qoruyucu və məhdudlaşdırıcı bir mühitdə böyüməkdən yarandığı halda, ikinci növ emosional dalğalanmaların və qeyri-sabitliyin hökm sürdüyü mühitdə böyümək nəticəsində yaranır. Tərk edilmə qorxusunun ən parlaq əlamətləri sağlam münasibətlər qurmaqda çətinlik və qurulmuş münasibətləri davam etdirə bilməməkdir. Tərk edilmək qorxusunun digər əlamətləri əsasən insanlardan uzaqlaşmaq və özünə qapanmaqdır, güvən problemlərinin olmamasıdır, tənqidə qarşı həssaslıq nümayiş etdirməkdir. Tərk edilməkdən qorxan insanlar tez-tez bu vəziyyətdən utanırlar və özlərini sərt şəkildə mühakimə edirlər. Bu nöqtədə özünə şəfqət və özünü sevmənin inkişafı insanın özü ilə üzləşməsinə və qorxusunun öhdəsindən gəlməsinə kömək edə bilər”.
Sevinc