Ən ağrısız ölüm: Donaraq...

MARAQLI
20:58 / 10.01.2025
51

“Donaraq ölmək ən ağrısız ölüm hesab olunur”

Bu sözləri Hit.az-a açıqlama verən araşdırma mütəxəssis Sahilə Sadıqova deyib. 

Onun sözlərinə görə, bu elm adamları tərəfdən də təsdiq olunub:

“Belə ki, insanın normal bədən temperaturu 36.6 dərəcədir. Əgər bədənin istiliyi 31 dərəcəyə düşərsə, insan donmağa başlayır. Titrəmə, nəbzin azalması sonra isə əzələ hərəkətlərinin zəifləməsi ilə davam edər. Bu prosesə qədər bədən ağrı versə də, bundan sonra rahatlama və dərin bir yuxu istəyi hiss edilir. İnsan yuxuya getdiyi anda isə bədən müdafiəsiz qalır. Nəticədə tənəffüs dayanır və iç orqanlar donmağa başlayır. Sonda qan dövranı dayanmaqla insan ölər”.

Murad

0