Demək olar ki, bir çoxumuzda qarşı tərəfə olan sevgiyə görə onu dişləmək istəyi gəlib.
Bu hal sevənlər arasında tez-tez rastlanan vəziyyətdir.
Hətta valideynlər belə öz övladlarını çox istədiklərindən dişləyə bilərlər.
Maraqlıdır, insan sevdiyini niyə dişləmək istəyir?
Bu barədə Hit.az-a danışan psixoloq Sevinc Əliyeva deyib ki, bu dişləmək istəyinin elmdə bir neçə adı var:
“Gigil” və ya “cute aggression” kimi sözlərlə ifadə edilir. Bu istəyin təsiri altında insan qanına böyük miqdarda adrenalin və endorfin ifraz edilir. Bu zaman sevdiyiniz insanları, şirin görünən canlıları görəndə onları dişləmək və ya çimdikləmək həvəsi yaranır. Müşahidələr onu göstərir ki, şirin aqressiya əsəbi gülüş və ya sevinc göz yaşları ilə eyni tipli bir fenomendir. Əks emosiya olan “gigil” bizə emosional tarazlığı tez bərpa etməyə və ço güclü ilkin hisslərin öhdəsindən gəlməyə kömək edir”.
Murad