Bəzi insanlar bir neçə həftə və ya ay ərzində keçmiş sevgilisini unuda bilirlər, bəziləri isə illər alır.
Unutma prosesi təkcə vaxtla deyil, eyni zamanda şəxsi inkişafa və emosional sağalmağa da bağlıdır.
Maraqlıdır, keçmiş sevgilini unutmaq üçün nə qədər zaman lazımdır?
Bu barədə Hit.az-a danışan sevgi üzrə mütəxəssis Xatirə Süleymanova deyib ki, bir insanın keçmiş sevgilisini unutması üçün lazımi vaxt hər kəs üçün fərqlidir:
“Çoxları bu müddətin 21 gün olduğunu deyir. Amma yanlışdır. Çünki, hər kəs üçün bu period müxtəlifdir. Əgər əlaqə çox güclü və dərin idisə, unutmaq daha çətin və uzun zaman alır. Əgər ayrılma səbəbi kəskin və travmatik idisə, bərpa olmaq və unutmaq daha uzun çəkə bilər. Bəzi insanlar daha tez bərpa ola bilər, bəziləri isə daha çox vaxt və dəstək tələb edir. Yaxın dostlar və ailənin dəstəyi, həmçinin terapevtik yardım, unutma prosesini sürətləndirir. Uzun müddətli münasibətlər daha çox emosional izlər buraxa bilər. Amma ümumi araşdırmaları götürsək, keçmiş sevgilini unutmaq müddəti 17 ya 26 gündür”.
Murad