Zerkalni gündə doğulan uşaqlar....

MARAQLI
21:42 / 22.01.2025
46

Son illər Azərbaycanda doğuş etmə günləri ilə bağlı yeni tendensiya yaranıb.

Belə ki, ana olmağa hazırlaşan qadınlar doğuş edəcəkləri günü öz istəklərinə uyğun seçə bilir. 

Bunu adətən keysəriyyə yolu ilə ana olmağı seçən qadınlar edə bilirlər. 

Həkim Pəravə Mustafayeva Hit.az-a deyib ki, doğuşun vaxtının hansısa tarixə görə dəyişdirilməsi düzgün deyil:

“Məlumdur ki, keysəriyyə əməliyyatına yalnız göstəriş olduqda icazə verilir. Əməliyyatın sırf hansısa günə düşməsi üçün tez etdirilməsinin həm uşağa, həm də anaya fəsadları olur. Məsələn , uşaqlığın yığılma qabiliyyətinin pozulması, embaliya, qanaxma və s. ola bilər. Uşağın inkişafına da təsir edir. Bunu edən həkim məsuliyyət daşıyır”.

Sevinc

0