Təbii yolla qarışqalardan necə xilas olmaq olar?

MARAQLI
22:38 / 24.01.2025
54

Bir çox insanlar evdə qarışqa olmasından narahatdır. 

Hit.az evdəki qarışqalardan xilas olmağın ən asan üsullarını təqdim edir:

Öncə qarışqaların evə haradan girib-çıxdıqlarını müəyyənləşmək lazımdır. Heç yerdə çörək qırıntısı, şəkər tozu və ya şəkərli qidaların qalmadığına əmin olmaq lazımdır.

Qarışqaların evə gəldikləri yola limon sıxıla və ya limon qabığı tökülə bilər. Sirkə, qırmızı istiot və ya darçın da qarışqaları qaçırdır.

Əgər bunlar effekt verməsə o zaman kimyəvi yolla hazırlanan dərmanlardan istifadə etmək olar.

Sevinc

0