Həftədə neçə dəfə duş qəbul edilməlidir?

MARAQLI
19:19 / 27.01.2025
131

Bəzi insanlar hər gün, bəziləri isə bir gündən bir yuyunmağa üstünlük verir. 

Bəs bu gigiyenik prosedur necə aparılmalıdır?

Dermatoloq Firuzə Nağıyeva Hit.az-a deyib ki, tez-tez yuyunmaq allergenlərin mənfi təsirlərindən müdafiəni azaldır, təkcə patogen mikroorqanizmlər deyil, həm də immuniteti qorumaq üçün lazım olanlar aktiv şəkildə yuyulur:

“Duş qəbul etmək hər kəs üçün fərqlidir, bir çox amillərdən asılıdır: yaş, cins, həyat tərzi, fiziki fəaliyyət, iqlim və ilin vaxtı; tərləmə meyli, dərinin yağlılığı.Ümumiyyətlə, həftədə 3-4 dəfə gigiyenik prosedurların aparılması kifayətdir. Hansı vaxtda yuyunmağın daha yaxşı olduğuna dair müxtəlif fikirlər var - səhər və ya axşam. Bir tərəfdən səhər duşu oyanmaq, canlandırmaq və enerjinizi doldurmaq üçün əla vasitədir. Ancaq axşam duş qəbul etmək istirahət etməyə imkan verir, gün ərzində dəridə və saçda yığılan kiri yuyub təmizləyir. Hımçinin, axşam duş qəbulu sağlam yuxuya kömək edir. Gündə bir neçə dəfə duş qəbul etmək dərinin quruması və qaşınması riskini artıra bilər. Dəri çatlamağa başlaya bilər, bu da bakteriyaların dəriyə nüfuz etməsini asanlaşdırır və potensial infeksiyalara səbəb olur”.

Sevinc

0