Marketdə kassaya yaxınlaşan zaman barkodun üzərinə tutulan şüa vasitəsilə malın qiyməti avtomatik olaraq, hesablanır.
Qeyd edək ki, ştrix kod hər hansısa bir malın Avropa nişanıdır. Yəni, əmtəə və istehsalçıların indentifikasiya, fərqlilik şifrəsidir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a deyib ki, ağıllı telefon" istifadə edən hər kəs barkodları bir neçə saniyə ərzində oxumaq imkanına sahibdir:
"Bunun üçün telefona "barkod oxuyucu" tətbiqini yükləmək lazımdır. Bundan sonra telefonunuzdakı "barkod oxuyucu"nu aktivləşdirərək, kameranı məhsulun üzərindəki barkod işarəsinə yaxınlaşdırmaq lazımdır. Məhsul saxta deyilsə, "barkod oxuyucu" tətbiqi sizi həmin məhsul barədə məlumatların yer aldığı mənbəyə yönəldəcək”.
Sevinc