İnsanlar xasiyyətinə, xarekterinə görə seçilir.
Bəzi insanlar da var ki, onlar söyüşcüldür.
Yəni , onlar fikrini normal tərzdə deyil, söyüşlə ifadə edir.
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, söyüş emosiyaların təzahürüdür:
“İnsan həm sevinəndə, həm də əsəbiləşəndə söyüş söyə bilir. Lakin söyüş var, söyüş. Biri var, öz-özünə deyinəsən, kiminsə haqqında yüngülvari söyüş söyməklə ürəyini boşaldasan, biri də var vulqar sözlərlə ağzını açasan. Uşağa söyüş öyrətmək qəti şəkildə qəbuledilməzdir. Bunu edərkən böyüməkdə olan bir uşağın sabahına qəsd edildiyi düşünülməlidir. Düşünülməlidir ki, axı bu söyüş sabah uşağın taleyini həll etmiş ola bilər. Odur ki, valideynlər buna imkan verməməlidir. Ən yaxın qohum olsa belə, ona acıqca övladlarına bu cür vulqar sözləri öyrətməsini qadağan etməlidir”.
Sevinc