Qəribə dünya rekordu: 84 dəqiqəlik sabun köpüyü

MARAQLI
22:19 / 18.02.2025
125

İngiltərənin Ekseter Universitetinin tələbələri səs levitasiyası texnologiyasından istifadə edərək 84 dəqiqə ərzində bir sabun köpüyünü havada saxlamaqla dünya rekordu qırıblar. 

HİT.az xəbər verir ki, bu, bir sabun köpüyünün havada ən uzun müddət qalma müddəti kimi qeydə alınıb.

Ekseter Universitetinin tələbələri baloncuyu ultrasəs texnologiyası ilə havada saxlayan akustik levitasiya cihazı vasitəsilə bu qeyri-adi rekorda imza atıblar. Bu cihaz kiçik obyektləri havada saxlamaq və manipulyasiya etmək üçün istifadə olunur.

Tələbələr səs dalğalarından istifadə edərək su və sabun damlasını bir neçə millimetr ölçüsündə saxlayaraq onu düzləşdirib sabun köpüyünə çeviriblər. Bu köpük tam 84 dəqiqə ərzində havada qalıb.

Bu göstərici, 2023-cü ildə Çinin Şimali-Qərb Politexnik Universitetindən Ji Şyaolyanq və Zanq Duyanın 23 dəqiqə 36 saniyəlik əvvəlki rekordunu əhəmiyyətli dərəcədə üstələyib.

Tələbələr Boden Daffi və Co Naytinqeyl, bu rekordu baloncuklardakı titrəyişləri araşdırmağa həsr olunmuş son kurs layihələri çərçivəsində əldə ediblər.

Naytinqeyl "Çox insanın akustik levitasiyadan damcıları öyrənmək üçün istifadə etdiyini, lakin onun yarada biləcəyi köpükləri tədqiq etmədiyini aşkar etdik" deyə bildirib. 

O əlavə edib ki, araşdırma məqalələrini nəzərdən keçirərək eyni nəticələri alıb-almadıqlarını və ya yeni bir şey kəşf edib-etmədiyimizi görmək üçün bu təcrübələri köpüklərlə təkrarlamağa çalışıblar.

Daffi isə prosesin necə getdiyini belə təsvir edib: "Bir köpük yaratdıqda, sanki öz-özünə formalaşırdı". Naytinqeyl isə "Yəqin ki, ən çətin hissə bütün sistemi qurmaq idi" deyə əlavə edib.

Uzunömürlü sabun köpükləri dünya üçün inqilabi bir yenilik kimi görünməyə bilər, lakin bu rekord akustik levitasiyanın müxtəlif sahələrdə necə tətbiq oluna biləcəyini göstərən əhəmiyyətli bir nümunədir.

Ekseter Universitetinin Dr. Kris Brant adlı tədqiqatçısına görə, bu cihazlar mikroçip istehsalı və kiçik həşəratların, hüceyrələrin və ya damcıların mikroskop altında havada müşahidə edilməsini tələb edən elmi araşdırmalarda geniş istifadə olunur.

Sabun köpüyünün 84 dəqiqəlik ömrü bir qrup insan tərəfindən müşahidə edilərək qeydə alınıb və rəsmi təsdiq üçün "Ginnesin Rekordlar Kitabına" göndərilib.

Samir


 

0