Heyvanlar planetimizə necə təsir edir?

MARAQLI
23:15 / 19.02.2025
111

Londondakı Kraliça Meri Universitetinin professoru Gemma Harvinin rəhbərliyi altında çalışan alimlər heyvanların sadəcə təbiətdə yaşamadığını, eyni zamanda onu fəal şəkildə dəyişdirdiyini müəyyən ediblər. 

HİT.az xəbər verir ki, araşdırma "Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında dərc olunub.

Tədqiqat nəticəsində 603 növ heyvanın Yer səthinin relyefinə təsir göstərdiyi aşkarlanıb. Termitlərin nəhəng təpələr yaratmasından tutmuş, su aygırlarının drenaj sistemləri qurmasına və durnalara çayları bataqlıq sahələrə çevirməsinə qədər müxtəlif proseslər müşahidə edilib.

Alimlər ilk dəfə heyvanların geomorfoloji proseslərə təsirini qlobal miqyasda qiymətləndiriblər. Heyvanlar hər il Yer səthində ən azı 76 min giqacoul enerji sərf edərək relyefi dəyişdirirlər. Bu, yüz minlərlə ekstremal daşqının yaratdığı təsirlə müqayisə edilə biləcək bir rəqəmdir.

Bununla belə, tədqiqatçılar qeyd edirlər ki, bu göstərici daha yüksək ola bilər, çünki biodiverisitet baxımından zəngin olan tropik bölgələrdə kifayət qədər araşdırma aparılmayıb.

Samir

0