Elmi baxımdan ən gözəl it cinslərinin adı açıqlandı

MARAQLI
23:53 / 10.03.2025
46

Şotland kern-teryer elmi hesablamalar əsasında dünyanın ən gözəl iti elan edilib.

HİT.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Britaniyanın analitik agentliyi qədim yunanların "fiziki mükəmməllik" anlayışı olan qızıl nisbət formulundan istifadə edərək itlərin görünüşünü qiymətləndirib. Şotland kern-teryer bu siyahıya liderlik edib.

Bu metodika İntibah dövrünün rəssam və memarları tərəfindən istifadə edilən ideal proporsiyalar prinsiplərinə əsaslanır. Formula aşağıdakı parametrləri nəzərə alır:

* Üzün simmetriyası
* Başın uzunluğu və eni
* Gözlərin, burunun və ağzın yerləşməsi

Bir cinsin qızıl nisbətə nə qədər yaxın olduğu faizlə ölçülüb. Nəticələrə görə, göstəricisi 100%-ə yaxın olan itlər daha ideal hesab edilir.

Şotland kern-teryer 88,7% nəticə ilə birinci yerə layiq görülüb. Bu cinsin ən məşhur nümayəndələrindən biri, "Oz sehrbazı" filmindəki Toto adlı itdir.

İlk beşliyə aşağıdakı cinslər daxil olub:

* Şotland kern-teryer – 88,7%
* Vest-haylend-uayt-teryer – 87,5%
* Border-kolli – 86,7%
* Rodiziya ridjbeki – 86%
* Velş-teryer – 85,9%

Bundan əlavə, veymaran (85,6%) və yenişotland retriveri (85%) də yüksək nəticə əldə edib.

Siyahının sonunda isə aşağıdakı cinslər yer alıb:

* Şi-tsu – 41%
* Bülmastif – 48,7%
* Fransız buldoqu – 54,3%
* İngilis buldoqu – 56,3%
* Rotveylər – 60%

Lakin bu it cinslərinin qızıl nisbətə uyğun olmamasına baxmayaraq, dünyada ən populyar cinslərdən biri olduğu qeyd edilir.

Samir

0