Bəylər niyə məşuqəyə ehtiyac duyur?

MARAQLI
22:55 / 17.03.2025
46

Heç vaxt gündəmdən düşməyən mövzulardan biri xəyanətdir. 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, tərbiyə sistemi mükəmməl olan kişilər əlavə məşuqəyə ehtiyac duymaz. Bunu bəziləri əsaslandırırlar ki, kişilərdə fiziki ehtiyac daha çoxdur. Ona görə onlar əlavə məşuqəyə ehtiyac duyur:

 "Mən, sizə birmənalı olaraq deyim ki, bu fiziki tələbatdan daha çox tərbiyə sistemindən asılıdır.Bəylərin məşuqəyə ehtiyac duyması onların fantaziyasından irəli gəlir. Yəni, burada artıq təxəyyülün sinonimi, təxəyyülün məhsulu fantaziya varlığının şüurda əks olunan görünüşünü dəyişdirir və onun üçün reallıq ünsürlərinin yeridilməsi birbaşa səciyyəvi olur. Yəni, fantaziya artıq məlum olan faktorlara eyni nöqteyi-nəzərdən baxmağa imkan verir ki, buna görə də çox böyük bədii və elmi idrakı dəyər daşımağa başlayır. Bəzən görürsən ki, öz ailəsində xoşbəxt olmayacaq bir bəy baxmayaraq ki, sevib ailə qurub, “amma sən demə sevdiyim o deyilmiş”, “sən demə mən onu sevməmişəm”, “sən demə mən onunla yalnız ailə xatirinə ailə qurmuşam” kimi fikirlərə qapılır. Yəni burada artıq iki şəxsin bir-birini ruhən anlamaması baş verir”.

Sevinc


 

0