Çimərliklərdən pandalara qədər: Bu yay Asiyada mütləq ziyarət edilməli 9 məkan

MARAQLI
23:15 / 11.04.2025
184

Asiya dünyanın ən böyük qitəsi olduğuna görə, yay aylarında hava şəraiti bölgələrə görə kəskin fərqlənir - günəşli adalardan tutmuş güclü yağışlara qədər müxtəlif mənzərə mövcuddur. 

HİT.az xəbər verir ki, dünyanın ən böyük səyahət platformalarından biri olan "Lonely Planet" yay üçün Asiyada ən yaxşı istiqamətləri seçib və bu yerləri hansı ayda ziyarət etməyin daha məqsədəuyğun olduğunu da qeyd edib.

İyun ayında ziyarət üçün ideal olanlar

Pusan, Cənubi Koreya – K-Pop sevərləri üçün. Seul kimi K-dramlar, K-Pop qrupları və gözəllik məhsulları mağazaları ilə doludur, lakin daha az insan və münasib qiymətlər təqdim edir. İyunda hələ yay tam başlamamış, eyni zamanda alçaq rütubət və sakura çiçəkləməsi dövrüdür.

Dananq, Vyetnam – çimərlik istirahəti üçün. Vyetnamda yay yağışlı keçsə də, ölkənin şimal sahilində – Dananqda hava nisbətən sabit qalır. UNESCO-nun irs siyahısında olan Hoi An şəhərinə də bir saatlıq məsafədə yerləşir.

Sinqapur – qastronomiya sevərləri üçün. Sinqapurda tropik iqlim ilboyu sabit olsa da, iyun ayında rütubət azalır, yağışlar isə nisbətən seyrək olur. Malay, Çin, Hind və İndoneziya mətbəxinin vəhdəti burada açıq səma altında və ucuz qiymətə təqdim olunur.

İyul ayında ziyarət üçün ideal olanlar

Şimla, Hindistan – sərin havada gəzintilər üçün. Himalay dağlarının ətəyində yerləşən bu şəhər 19-cu əsrdə britaniyalılar tərəfindən yay iqamətgahı kimi qurulub. 27–31 °C temperaturda rahat gəzinti və Tudor üslublu memarlıqla tanışlıq üçün əlverişlidir.

Bali, İndoneziya – mənzərəli təbiət üçün. İyulda havalar quru və isti olur (24–31 °C), bu da Balini “Instagram-lıq” gözəllikdə göstərir. Ayın əvvəli səyahət üçün idealdır, çünki məktəb tətili hələ başlamayıb.

Almatı, Qazaxıstan – təbiətdə rahat istirahət üçün. İyul Almatını ziyarət üçün pik mövsümdür, lakin şəhər hələ də çox turistik olmadığı üçün burada izdiham yoxdur. 13–27 °C arasında dəyişən hava muzeyləri, parkları və dağ ekskursiyalarını kəşf etmək üçün idealdır.

Avqust ayında ziyarət üçün ideal olanlar

Senday, Yaponiya – alternativ şəhər təcrübəsi üçün. Tokio, Kioto və Osaka kimi şəhərlərlə müqayisədə daha sakit və yerli ab-havaya malikdir. Burada avqust ayında 26–27 °C temperatur müşahidə olunur və məşhur Tanabata festivalı keçirilir.

Çendu, Çin – panda sevərləri üçün. Bu şəhər nəhəng pandaların evidir və avqustun sonunda panda balalarını izləmək üçün ən uyğun zamandır. Orta temperatur 25 °C olsa da, hava bir qədər rütubətli olur.

Altay dağları, Monqolustan – rəqəmsal fasilə üçün. Avqustda gün işığı 14 saatdan çox davam edir. Bura qədim şəhər xarabalıqları, buzlaqlı dağlar və yerli köçəri mədəniyyəti ilə tanınır. Wi-Fi zəif və ya ümumiyyətlə yoxdur, bu isə müasir həyatdan uzaqlaşıb rahatlanmaq üçün nadir fürsətdir.

Samir

1