Avstraliyanın Yeni Cənubi Uels Universitetinin (UNSW) alimləri, səmadakı ulduzların musiqi aləti kimi "titrədiyini" və bu titrəyişlərin ulduzların yaşı, kütləsi və təkamül vəziyyəti haqqında mühüm məlumatlar verdiyini müəyyən ediblər.
HİT.az xəbər verir ki, NASA tərəfindən həyata keçirilən "Kepler K2" missiyası çərçivəsində toplanan məlumatlar sayəsində 4 milyard illik 27 ulduzdan ibarət M67 ulduz yığını araşdırılıb. Bu tədqiqat, ulduzların daxili quruluşunu anlamaq üçün indiyədək aparılmış ən əhatəli analizlərdən biri hesab olunur.
Alimlər ulduzların yaydığı tezlikləri bir növ barmaq izi kimi oxuyaraq hər bir ulduzun daxili quruluşunu, temperaturunu və yaşını müəyyənləşdirə biliblər. UNSW Fizika fakültəsindən Dr. Klaudiya Reyesin rəhbərlik etdiyi araşdırmada məlum olub ki, ulduzlar fərqli notalar kimi müxtəlif tezliklər yayır və bu tezliklər onların yaşlanma dərəcəsini göstərir.
UNSW professoru Denniz Stello bildirib ki, bu araşdırma ilə ulduzların daxili quruluşuna dair daha etibarlı modellər qurmaq mümkün olacaq.
Dr. Reyes isə bu tezliklərdəki xüsusi izlərin aşkarlanmasının gözlənilməz nəticə olduğunu vurğulayaraq deyib: "İndi keçmişdə toplanmış ulduz məlumatlarına yenidən baxaraq bu izləri axtarmağımız mümkündür. Yəni əslində ulduzları dinləməyə davam edəcəyik".
Samir