Müasir dövrdə heç kim yağışın yağmasına sevinmir. Çünki, yağış yağanda sosial həyat çətinləşir, şəhər infrstrukturunda problemlər ortaya çıxır.
Ancaq qədim dövrdə yağış suyundən müxtəlif məqsədlər üçün istifadə olunub.
Hit.az xəbər verir ki, yağış suyu saça və dəriyə çox lazımlı olan minerallarla zəngindir. Bununla yanaşı, azot ilə birləşən oksigen dibçək güllərini də bəsləyər.Onların daha sürətlə böyüməsini təmin edər.
Yağış suyu ilə sulanan çiçəklərin ömürləri uzun kökləri möhkəm olur.
Kosmetoloqlar üzü təmiz yağış suyu ilə yumağı tövsiyə edirlər - bu, kran suyu ilə müqayisədə dərinin nəm tarazlığını daha yaxşı saxlayır və nəmin daha uzun müddət saxlanmasına kömək edir.
Həmçinin, yağışda gəzmək rahatlamağa, ağır gündən sonra stressi atmağa və təbiətdən enerji qazanmağa kömək edir.
Sevinc