Florida Universitetinin alimləri planetin müstəqil hərəkət edə bilən ən yaşlı sakinlərindən birinin fosili aşkar ediblər. Təxminən 555 milyon il yaşı olan canlıya Quaestio simpsonorum adı verilib.
HİT.az xəbər verir ki, bu kəşf "Evolution & Development" (Evo & Dev) jurnalında dərc olunan elmi məqalədə təsvir edilib.
Quaestio simpsonorum çoxhüceyrəli orqanizmlərin təkamülündə mühüm mərhələ olan aydın sol-sağ asimmetriyası ilə sələflərindən fərqlənir. Alimlərin fikrincə, bu, Yer kürəsində müstəqil hərəkət edə bilən ilk canlılardan biridir və bu, tapıntını həyatın ilkin mərhələlərini öyrənmək üçün xüsusilə qiymətli edir.
Tədqiqatçıların fikrincə, məxluq dəniz canlısı olub və sual işarəsinə bənzəyirdi: onun ölçüsü fosili ovucun içinə sığdırmağa imkan verir.
Alimlər təkcə daşlaşmış qalıqların özlərini deyil, həm də bu sirli qədim məxluqun həyat tərzini yenidən yaratmağa kömək edən alt daş plitələrdə onun hərəkətlərinin aydın izlərini aşkar ediblər. Tapılan izlərə əsasən, Quaestio simpsonorum müasir tozsoran kimi mikroskopik yosunlardan, bakteriyalardan və digər mikroorqanizmlərdən qida maddələrini udaraq dəniz dibi ilə yavaş-yavaş hərəkət edib.
Samir