Cənubi Koreya və ABŞ-dan olan beynəlxalq alimlər qrupu Kainatın ən kütləvi strukturlarından biri olan Perseus klasterinin tədqiqində irəliləyiş əldə edib. Astronomlar bir neçə milyard il əvvəl baş vermiş nəhəng toqquşmanın izlərini tapa biliblər.
HİT.az xəbər verir ki, tədqiqat "Nature Astronomy" (NatAstro) elmi jurnalında dərc olunub.
Perseus çoxluğu Yerdən təxminən 240 milyon işıq ili uzaqlıqda yerləşir. Onun kütləsi 600 trilyon günəş kütləsinə bərabərdir. Onilliklər ərzində ekspertlər onun birləşmədən sonra çoxdan stabilləşdiyinə inanırdılar, lakin yeni müşahidələr obyektin strukturunda anomaliyaları aşkar edib.
Qravitasiya linzalarından və kompüter modelləşdirməsindən istifadə edən komanda təqribən 5 milyard il əvvəl kütləsi 200 trilyon günəş kütləsi olan nəhəng qaranlıq maddənin Perseus klasterinə çırpılaraq arxada zəif, lakin əhəmiyyətli “körpü” buraxdığını aşkar edib.
"Bu, bizim axtardığımız itkin parçadır. Persey klasterində görülən bütün qəribə formalar və fırlanan qazlar indi böyük birləşmə kontekstində məna kəsb edir", deyə tədqiqat müəllifi Dr. Ceyms Gee bildirib.
Samir