Çox insan münasibətlərində xəyanətlə üzləşir və bu, istər tək bir dəfə baş versin, istərsə də aylar və ya illərlə davam etsin, həmişə məyusluq, qarışıqlıq və itki hissi yaradır.
HİT.az xəbər verir ki, seks və münasibətlər üzrə psixoterapevt Amanda Meycorun "Mirror"a verdiyi açıqlamaya görə, xəyanətə səbəb ola biləcək bir çox hallarda cütlüklərin etdiyi çox yayğın bir səhv var.
Onun sözlərinə görə, bəzən münasibətlərdə uzunmüddətli problemlər olur və bu, tərəflərdən birini və ya hər ikisini dəstək, sevgi və diqqət üçün başqasına yönəltməyə vadar edir. Amanda qeyd edir ki, xəyanətə baxmayaraq, bəzən bu cütlüklər münasibətlərini davam etdirə bilir və etimadın yenidən qurulması vaxt ala bilər.
Lakin o, xəyanətin həmişə münasibətlərdə ciddi çatların olduğunu göstərmədiyini vurğulayır. Məsələn, bu, sadəcə bir gecəlik sərxoşluq nəticəsində baş verən əlaqə ola bilər - belə hallarda insanlar özlərini adi hallarda etdikləri kimi aparmırlar. Bundan əlavə, Amanda qeyd edir ki, "xəyanət" anlayışı müxtəlif insanlar üçün fərqli mənalar daşıya bilər.
"Məsələn, kimsə sosial şəbəkələrdə başqa biri ilə ünsiyyət qurursa, tərəflərdən biri bunu etimadın pozulması və demək olar ki, xəyanət kimi qəbul edə bilər. Amma digər tərəf bunu fərqli dəyərləndirir - çünki bu, fiziki yaxınlıq deyil", deyə o bildirir.
Psixoloq onu da qeyd edir ki, bəzi hallarda xəyanət münasibətlərə "təkan" verə və lazım olan "oyadıcı zəng" rolunu oynaya bilər.
"Xəyanətdən sonra baş verən ayılma bəzən münasibətlərin yenidən qurulmasına səbəb olur və bu, onları əvvəlkindən daha xoşbəxt və güclü edə bilər", deyə Amanda Meycor əlavə edib.
Samir