İtaliyada kişi gözlərini yuvasından çıxararaq Ginnesin Rekordlar Kitabına düşüb

MARAQLI
19:19 / 29.04.2025
55

Milanda yaşayan Uruqvay vətəndaşı Uilyams Martin Sançes Lopes göz almasını göz çuxurundan 1,88 sm çıxararaq Ginnesin Rekordlar Kitabına düşüb.

HİT.az bu barədə Upi.com-a istinadən xəbər verir.

28 yaşlı Lopes bildirib ki, bu qeyri-adi bacarığı onda hələ uşaqlıqdan mövcuddur. Onun sözlərinə görə, 8-9 yaşlarında olarkən göz ətrafındakı əzələləri rahatlaşdıraraq gözlərini önə doğru çıxara bildiyini kəşf edib. İllər ərzində bu qabiliyyətini təkmilləşdirərək mükəmməlliyə çatdırıb.

Bu qeyri-adi istedadı Lopesin təkcə dostlarını və təsadüfi qarşılaşdığı insanları təəccübləndirmir, eyni zamanda sosial şəbəkələrdə də böyük marağa səbəb olur. Onun bu bacarığını nümayiş etdirdiyi videolar minlərlə baxış toplayır və izləyicilər tez-tez bu effektli çıxışı təkrar etməsini istəyirlər.

"Ən gülməlisi isə insanların reaksiyasıdır. Heç gözləmədikləri anda gözlərimi çıxarıram, çox vaxt qorxudan yerindən atılırlar", deyə Lopes zarafatla qeyd edib.

Bütün bu diqqətə baxmayaraq, Lopes əlavə edib ki, məqsədi sadəcə insanları güldürmək və əhval-ruhiyyələrini qaldırmaqdır: "Mən zarafatı sevən biriyəm və insanları bu qədər təəccübləndirmək bacarığım mənim həyata fərqli baxışımın göstəricisidir".

Samir

0