Qadınlar hansı yaşda xoşbəxt olur?

MARAQLI
21:55 / 29.04.2025
41

Alimlərin apardıqları araşdırmalar nəticəsində bəlli olub ki, qadınlar gənc yaşlarında daha çox qəmlənir, depressiyaya düçar olurlar. Özlərini hamıdan bəxtəvər hesab edən qadınlar isə orta yaşlı qadınlardır.

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, qadın nə qədər gəncdirsə, o qədər qəm, depressiya və ruh düşkünlüyünə düçardır: 

“Qadınlarla müqayisədə kişilər fəaliyyətlərinin ictimai və sosial dəyərləndirilməsindən daha asılıdırlar. Ona görə də kişilər yaşlaşanda sosial aktivliklərinin azalması ilə çətin barışırlar. Gənc yaşlı xanım ilə orta yaşlı qadının həyata baxışı, nə istədikləri bir deyil. Bu səbəbdən də gənc qızlar daha çox depresiyaya düşür, həyatdan küsür. Orta yaşlı qadınlar isə həyat məqsədlərinin nədən ibarət olduğunu bilir. Onlar üçün depressiyaya düşmək lüks sayılmır. Çünki, o dövrdə olan xanımlar adətən ailəli olur və uşaqları qarşısında öhdəliyi üçün olduğuna görə ruh düşkünlüyü yaşamır. Qadınlar xoşbəxt olub-olmaması onlara qarşı münasibətdən irəli gəlir”.

Sevinc

0