Bu gün evdə pişik saxlayanlar az deyil. Bu günkü yazıda da ev şəraitinda pişiklərə necə qulluq edilməsindən bəhs edəcəyik.
Hit.az xəbər verir ki, pişiklər mütamadi olaraq , peyvənd olunmallıdır.
Pişiklərin üç əsas peyvəndi var. Pişik bala olduqda, bu peyvəndlər ardıcıl olaraq gündəlik, həftəlik və aylıq dövrlərdə aparılmalıdır.
Pişik peyvəndi cədvəli bitdikdən sonra, bu peyvəndlər pişiyinizin sağlamlığı üçün hər il təkrarlanmalıdır.
Həmçinin, pişiyin kürkünün və dərisinin sağlam olması üçün bəzi parazit dərmanlardan istifadə edilməlidir.
Pişiklərə balanslı və keyfiyyətli qida vermək vacibdir.
Onların pəhrizi yaş, quru və ya ikisinin qarışığı ola bilər, amma pişiklər üçün xüsusi hazırlanmış qidalardan istifadə edilməlidir.
Su hər zaman təravətli və təmiz olmalıdır. Pişiklərin su içməsini təşviq etmək üçün onlara su içən bir fontan da təklif edə bilərsiniz, çünki bir çox pişik axan sudan içməyi sevir.
Sevinc