İlk görüş zamanı nələrə diqqət etmək lazımdır?

MARAQLI
11:46 / 02.05.2025
88

"İlk görüş zamanı çox vaxt hər şey reallıqda olduğu kimi təqdim olunmur". 

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, istər qadın, istərsə kişi ilk görüş zamanı bəzi detallara xüsusi diqqət yetirməlidir:

"İlk növbədə hər iki tərəf nələrisə olduğu kimi göstərməməyə çalışır. Ancaq ilk görüş zamanı olduğunuz kimi davranmalısınız. Həmçinin, sıxılmadan səmimi olmaq lazımdır. Duyğu, düşüncə və istəklərinizi qarşı tərəfdən gizlətməyə ehtiyac yoxdur. Eyni zamanda, bədən dilinə də diqqət etmək olduqca vacib məqamdır". 

372553

Ekspert qadınların əsas diqqət yetirməli olduğu nüanslardan da söz açıb:

"Qadın ilk görüş zamanı təzyiq hiss etmədən öz sərhədlərini qorumağa çalışmalıdırlar. Lakin öz fikir və düşüncələrini rahat şəkildə qarşısındakı insana bildirməlidirlər".

Psixoloq qeyd edib ki, kişilər isə ilk görüşdə diqqətcil və mehriban olmalıdırlar:

"Məsələn, qadın maşından düşərkən və ya restorana daxil olarkən qapını bəy açmalıdır. Həmçinin, xanımın əyləşməsi üçün masa çəkilməlidir. Bununla yanaşı, yemək zamanı da qadının başlamasını gözləmək yaxşı jest olar". 

Nabat Mirzəyeva vurğulayıb ki, hər iki tərəf bir-birilə səmimi olmalıdırlar:

"Duyğu və düşüncələri qarşı tərəfdən gizlətməmək lazımdır. Nəyi sevib-sevmədiklərini açıq şəkildə söyləməlidirlər. Əlbəttə ki, bunlar sərt deyil, normal və mehriban şəkildə deyilməlidir. 

Bundan əlavə, ilk görüşə gedərkən təmizliyə və gigiyenik qaydalara da riayət etmək lazımdır. Məsələn, dişlər, üz, dırnaqlar və saçlar təmiz olmalıdır.  Eyni zamanda, yaxşı geyinməyə və gözəl qoxmağa diqqət yetirilməlidir".

Mütəxəssisin sözlərinə görə, görüş zamanı da hər şeyə şeyə diqqət yetirmək mütləqdir:

"Xüsusən də danışıq üslubu və davranışa fikir vermək çox vacibdir. Görüş zamanı telefondan çox istifadə etməmək tövsiyə olunur. Xəfif və maraq doğuran mövzular haqqında danışılmalıdır. Ağır mövzulardan və mübahisələrdən qaçmaq lazımdır. Əgər bir-birini bəyənsələr, daha yaxşı tanımaq üçün görüşləri davam etdirə bilərlər".

Pərviz

0