Son illər Azərbaycanda doğuş etmə günləri ilə bağlı yeni tendensiya yaranıb.
Belə ki, ana olmağa hazırlaşan qadınlar doğuş edəcəkləri günü öz istəklərinə uyğun seçə bilirlər.
Bunu adətən keysəriyyə yolu ilə ana olmağı seçən qadınlar edə bilirlər.
Həmin tarixlər adətən özəl günlərlə və ya yüz ildə bir rastlanan tarixlərlə bağlı olur.
Elə bugünki tarix kimi 05.05.2025.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, artıq elə dövrə çatmışıq ki, doğumu və ölümü istədiyimiz tarixə salmaq mümkündür:
“Fılan gündə “zerkalnı” rəqəmlər var, “fılan gün” mənə düşmür, ancaq bu gündə uşaq dünya gəlməlidir deyənlər çoxalıb. Valideynlər sırf tarix üçün doğuşu vaxtından çox qabağa çəkirlər. Bu tamamilə yanlışdır, erkən doğuş uşaqlarda bir sıra problemlərə səbəb olur. Uşaq 05.05.2025 -də dünyaya gəlsə nə olacaq? İnsanların bu kimi anormal düşüncədən çıxmalıdır, bu kimi boş şeylərə fikir verməkdənsə daha sağlıqlı, məntiqli məsələlərə yer ayırsalar həyat daha firəvan olar”.
Sevinc