Meyvə ağacları qulluq sevir. Bu səbəbdən meyvə ağacları vaxtlı vaxtında budanmalıdır.
Maraqlıdır, meyvə ağaclarına qulluq necə olmalıdır?
Hit.az xəbər verir ki, meyvə tingləri adətən noyabrda əkilməlidir. Həmin ağaclarının yaxşı inkişaf etməsi üçün gövdənin əhənglə rənglənməsi məsləhətdir.
Bu, onu həşəratlardan və günəş şüalarından qoruyur. Meyvə bağlarına qulluq yaz aylarında aparılmaldır, gövdə ətrafı çox dərin olmadan yumşaldılmalıdır və cərgə araları şumlanmalıdır.
Onu da bildirək ki, ağaclarda vegetasiya dövrü, yəni cücərti başlanıbsa, budanma işini aparmaq olmaz.
Ancaq sınmış budaqlar kəsilib götürülməli və həmin hissəyə ağac boyası sürtülməlidir. Ağacın yaşı çoxdursa, budanma cavanlaşdırma məqsədi daşıyır.
Sevinc