Yay və yaz mövsümü – cəsarətli eksperimentlərin vaxtıdır. Dırnaq mütəxəssisləri bildirirlər ki, artıq parlaq rənglərə üstünlük verməyin zamanıdır. Bu cür lak çalarları yalnız manikürünüz dırnaqlarda nəzərəçarpacaq və estetik edəcək, həm də sizi dəbli göstərəcək.
HİT.az xəbər verir ki, bu mövsümün əsas trend rəngləri aşağıdakılardır:
Parlaq sarı
Sarı - istilik və sevinc rəngidir. Bu çalar həm stilistlər, həm də manikür ustaları tərəfindən tövsiyə olunur. Həm əhval-ruhiyyəni yüksəldir, həm də dırnaqlarınıza xüsusi vurğu qatır.
Zümrüd yaşılı
Bu rəng zəriflik, gözəllik və dərinlik simvoludur. Eyni zamanda universal çalardır – istənilən geyim və əhval-ruhiyyə ilə uyğunlaşa bilir.
Fıstıq yaşılı
Təravət və estetik təəssürat yaradan bu çalar, rəngli, lakin çox parlaq olmayan manikür istəyənlər üçün ideal seçimdir. Sadəlik və zəriflik axtaranlar üçün əla alternativdir.
Açıq mavi
Suyu və səmanı xatırladan açıq mavi bu mövsümün ən populyar pastel tonlarından biridir. Minimalist və incə dırnaq dizaynı sevənlər üçün çox uyğundur.
Pomidor qırmızısı
Qırmızı rəng həvəskarları da bu mövsüm dəbdədir. Lakin mütəxəssislər daha doymuş və parlaq çalarları seçməyi tövsiyə edirlər. Beləliklə, manikürünüz daha canlı və iştahaaçan görünəcək.
Samir