Avropada tək səyahət üçün bu məşhur istiqamətlərdən uzaq durun!

MARAQLI
22:27 / 10.05.2025
47

Tək səyahət etməyi üstün tutanların sayı durmadan artsa da, təcrübəli səyahətçilər bildirirlər ki, bütün məşhur istiqamətlər solo turistlər üçün uyğun deyil. 

HİT.az xəbər verir ki, kanadalı və hazırda Londonda yaşayan təcrübəli solo-səyahətçi Kristina Ford "The Independent" qəzetinə danışaraq, tək səyahət edənlər üçün uyğunsuz olan Avropadakı məşhur yerlər və əvəzində tövsiyə etdiyi istiqamətlər barədə danışıb.

Hansı istiqamətlərdən uzaq durmaq lazımdır?

Kristina Fordun fikrincə, Yunanıstanın Mikonos adası tək səyahətçilər üçün əlverişli deyil. O, adanı "şişirdilmiş qiymətlərə malik, influenserlərlə dolu və solo turistlərə qarşı dostyana olmayan bir yer" kimi xarakterizə edir.

Bundan əlavə, İspaniyanın İbiza adasını da solo səyahətçilərə tövsiyə etmir: “Əgər gecə həyatını sevmirsinizsə, bu yeri keçin,” – deyə bildirir.

Kristina həmçinin çoxlarının arzusunda olduğu Santorini adasını da uyğun saymır. Onun sözlərinə görə, adanın gözəlliyi danılmaz olsa da, orada “bal ayı cütlükləri ilə dolu atmosfer və yüksək qiymətlər” tək səyahətçilər üçün narahatlıq yarada bilər.

O, İstanbul barədə də ehtiyatlı olmağı tövsiyə edir: “Gözəldir, amma solo qadın turistlər üçün birinci seçimim deyil. Ən yaxşısı, bu şəhəri bir və ya iki rəfiqə ilə birlikdə ziyarət etməkdir.”

Solo turistlər üçün tövsiyə olunan ideal istiqamətlər

Kristina Fordun ilk seçimi Xorvatiyadır. O, bu ölkəni "adalar arasında asan gediş-gəlişi və 'Taxt oyunları' serialının çəkildiyi Split və Dubrovnik kimi maraqlı yerləri" ilə tərifləyir.

Yunanıstanın Hidra adası da onun tövsiyələri sırasındadır. Avtomobillərin hərəkətinə qadağa qoyulan bu ada "şeirə ilham verən gözəlliyi" ilə fərqlənir.

İtaliyanın məşhur Çinkve-Terre bölgəsi – beş sahil kəndindən ibarət marşrut – səyahətçinin fikrincə, “axşam yeməyində bir qədəh şərab və linguine vongole ilə günü bitirməyi sevən solo turistlər üçün idealdır”.

Kristina həmçinin Roma və Florensiyanı tövsiyə edir. Roma – “tarix, xarabalıqlar, alış-veriş və ən ləzzətli dondurma” ilə, Florensiya isə “incəsənət və tarix sevərlər üçün mükəmməl seçim” olaraq göstərilir. O, şəhərdəki açıq hava dəri bazarını da xüsusilə qeyd edir.

Portuqaliyadan isə Lissabon və Portu Kristinanın siyahısındadır. O, bu şəhərləri “işıqlı, əlçatan, cazibədar və yerli sakinləri mehriban” olaraq təsvir edir.

İspaniyada isə Barselonadan qaçmağı, əvəzində Malqa, Sevilə və Rondanı kəşf etməyi tövsiyə edir: “İspaniya sərfəlidir və düşündüyünüzdən daha çox şey təklif edir.”

Samir
 

0