Tətil zamanı otaq bitkilərini necə qorumaq olar? - Suvarma üçün sadə, lakin ağıllı üsul

MARAQLI
21:47 / 10.05.2025
37

İsti yay aylarında evdən uzaqlaşarkən otaq bitkilərinizin quruyub məhv olmasından narahatsınız? Artıq kimdənsə xahiş etməyə ehtiyac yoxdur. 

HİT.az xəbər verir ki, İngiltərənin "Express" nəşrində yayımlanan bir materialda, bağban Co adlı "TikTok" istifadəçisinin paylaşdığı üsul bu problemi asanlıqla həll edir. Sadə vasitələrlə - su butulkası və pambıq çubuqlar - bitkilərinizi 2-5 gün ərzində problemsiz şəkildə sulamaq mümkündür.

"Damcı suvarma" üsulu necə hazırlanır?

Lazım olanlar:
* 1 böyük plastik su butulkası (məsələn, 5 litr)
* Kiçik ölçülü əlavə plastik butulkalar
* Pambıq qulaq çubuqları
* Qızdırmaq üçün çaxmaq və ya şam
* Metal çəngəl

Hazırlıq addımları:
1. Köhnə metal çəngəli çaxmaqla qızdırın.
2. Qızdırılmış dişlərlə hər bir plastik butulkanın dibində və qapağında kiçik deşiklər açın.
3. Pambıq çubuqları ikiyə bölün. Biri butulkanın altındakı deşiyə, digəri isə qapağın deşiyinə yerləşdirilir.
4. Butulkanı su ilə doldurub qapağını bağlayın. Su pambıq vasitəsilə torpağa damcı şəklində axacaq.
5. Əgər suyun daha sürətli axmasını istəyirsinizsə, qapaqdakı pambıq çubuğu çıxara bilərsiniz – bu, butulkanın içindəki təzyiqi azaldır və axını sürətləndirir.

Vacib məqamlar:
* Bu üsul təxminən 2-5 gün ərzində suvarmanı təmin edir (butulkanın ölçüsü, hava şəraiti və axın sürətindən asılı olaraq).
* Bitki qablarında drenaj dəliklərinin olması vacibdir. Əks halda, su yığılıb köklərin çürüməsinə səbəb ola bilər.

Bağban Conun bildirdiyinə görə, bu üsul “damcı suvarma” kimi tanınır və dünyanın bir çox fermasında, fidanlıqlarda və bağ mərkəzlərində geniş istifadə olunur. Bu metod suya qənaət etməklə yanaşı, suyun birbaşa bitkinin ehtiyacına yönəldilməsini təmin edir.

Samir
 

0