Stil təkcə bahalı brendlər deyil, həm də zövq və dəbin nəbzini tutmaq bacarığıdır.
HİT.az xəbər verir ki, 2025-ci ilin yay mövsümündə özünü zövqlü və aktual təqdim etmək istəyən qadınların ayaqqabı seçimində bəzi modellərə yer olmayacaq. Çünki varlı və zövqlü qadınlar üçün məqsəd “bahalı görünmək” deyil, vaxtına uyğun və incə görünməkdir.
Dəbdən düşən ayaqqabılar:
* Həddən artıq iri “çirkin” idman ayaqqabıları – həcmi və forması ilə geyimi kobudlaşdırır.
* Qeyri-zərif “qəhrəmanlıq” stilində gladiator sandaliləri – obrazı ağırlaşdırır və artıq dəbdə deyil.
* Böyük və iti burunlu, bər-bəzəkli tuflilər – çox yüklü görünür, zərif yay geyimləri ilə uyğunlaşmır.
* Bu modellər artıq aktuallığını itirib və zövqlü qadınlar tərəfindən tərcih olunmur.
2025-ci ilin dəbli ayaqqabıları:
Yeni mövsümdə minimalizm ön plandadır. Aşağıdakı modellər zərifliyi, rahatlığı və statusu əks etdirir:
* Zərif qayışlı sandallar
* İncə altlıqlı müllər (ayaqdan keçən açıq ayaqqabılar)
* İti burunlu baletkalar
* Aşağı və sabit dabanlı sadə açıq ayaqqabılar
Bu modellər gündəlikdən axşam tərzinə qədər asanlıqla uyğunlaşır və rəng seçimləri də sakit tonlardadır: bej, süd rəngi, karamel və pastel çalarları.
Ən rahat seçimlər hansılardır?
2025-ci ilin dəbi rahatlıqdan ayrı düşünülmür. Ən komfortlu modellər:
* Təbii dəridən yüngül çəpiklilər (şləpələr)
* Erqonomik altlıqlı tekstil sandallar
* Dərisiz, tikişsiz ayaqqabılar
Stil sahibi qadınlar bilir: rahatlıqdan imtina etmək heç bir halda dəbə xidmət etmir.
Zəriflik, funksionallıq və keyfiyyət – bunlar 2025-ci ilin dəbli qadınının ayaqqabı seçimində əsas meyarlardır. Əgər siz də görünüşünüzdə dəbi izləmək və səviyyə göstərmək istəyirsinizsə, keçmişin dəbdə olmayan səs-küylü modellərindən uzaq durun.
Samir