Cins ətək 2025-ci ilin yayında necə geyinilməlidir? - Dəbli kombinlər

MARAQLI
20:00 / 12.05.2025
47

Cins ətək artıq bir neçə mövsümdür ki, yay qarderobunun əsas elementi kimi qəbul olunur. 

HİT.az xəbər verir ki, rahatlığı və çox yönlülüyü ilə seçilən bu parça düzgün kombinlərlə həm küçə dəbində, həm də gündəlik ofis stilində öz yerini möhkəmləndirir. Ən əsası isə – onunla tərzli və aktual görünmək üçün uyğun üst geyimi, ayaqqabı və aksesuar seçməkdir.

Uzun cins ətəklə nə geyinməli?

Uzun cins ətəklər son illərdə küçə dəbində populyarlığını artırıb. Bu ətək forması bədəni balanslaşdırır və həm rahat, həm də daha rəsmi obraz yaratmağa imkan verir.

Uyğun üst geyimi:

* Baza köynəklər
* Qısa krop-toplar
* Oversize köynəklər
* Bədənə oturan bodilər
* Kətan və pambıq maykalar
* Qısa jaketlər
* İdman üslublu atletlər

Ayaqqabı seçimləri:

* Sandaletlər
* Krosovkalar
* Mokasinlər
* Aşağı dabanlı açıq ayaqqabılar

Midi uzunluqda cins ətəklə nə uyğunlaşır?

Midi cins ətəklər həm gündəlik gəzintilər, həm də iş üçün ideal seçimdir. Stilistlər bu uzunluqda ətəklə fakturaların düzgün birləşməsinə diqqət etməyi tövsiyə edir.

Uyğun üst geyimi:

* Klassik ağ köynəklər
* Toplar (nazik askılı və ya ipli)
* Jiletlər
* Tərli svetşotlar
* Dəri jaketlər
* Trikotajlı uzunqollular
* İpək bluzlar

Obraza uyğun ayaqqabılar:

* Loferlər
* Klassik tuflilər
* Baletkalar
* Yüngül botlar

Cins ətəklə obrazlar - hadisəyə uyğun dəstlər

* Küçə stili (casual): Printli futbolka, krosovkalar, kiçik bel çantası və gün eynəkləri
* Ofis üçün: Sadə köynək, bel kəməri, qapalı tuflilər və minimal zərgərlik
* Yay istirahəti: Bandaj top, sandaletlər, hasır çanta və böyük gün eynəyi
* Sərin hava üçün: Yumşaq trikotaj sviter, dəri gödəkçə və botilər

Aksesuarlar: Kəmər, çanta, gün eynəyi, iri sırğalar və sadə qolbaqlar obrazın tamamlayıcısıdır.

Samir

0