Qədim Naxçıvan zəngin mədəniyyəti, çoxəsrlik tarixi ilə yanaşı, bu torpaqda yetişən nemətləri ilə də dünyada tanınır.
Naxçıvan deyəndə ilk ağla gələn göycə olur.
Qədim zamanlardan bəri göycə yalnız bu regionda becərilib.
Hit.az xəbər verir ki, göycə alçadan tez yetişir.
Göycə insan orqanizmi üçün də faydalıdır. C vitamini ilə zəngin olan göycə təzə qan yaradır, hipertoniya, qanazlığı olanlara çox faydalıdır.
O, eləcə də susuzluğu tez yatıran vasitə hesab edilir, stressə qarşı qoruyucudur və sakitləşdirici bir təsiri var. Xüsusilə diş ətlərinin güclənməsinə kömək edir.
Sevinc