Nəsillərarasındakı fərq nədir?

MARAQLI
23:34 / 15.05.2025
38

İndiki nəsil və köhnə nəsil. Gənclər özlərindən böyüklərin, köhnə nəslin fikrini qəbul etmir. Zamanla “indiki gənclər dəyişib”, “köhnələr öz dediklərini deyir” kimi sözləri tez-tez eşidirik. 

Bu hal onu göstərir ki, yeni nəsil böyüklərin məsləhətini, tövsiyyələrini qəbul etmir, onlarla razılaşmır. 

Sosioloq Üzeyir Şəfiyef Hit.az-a deyib ki, nəsillərarası anlaşılmazlıq bütün zamanlarda olub:

"Hazırda rəqəmsal cəmiyyətdə, sürət əsrində yaşayırıq. Bu gün nəsillər arasındakı fərqlər özünü daha kəskin şəkildə göstərir.Gənclər müasir çağırışlara cavab verən nəsildir, onlar kreativlik, yenilik axtarır. Şübhəsiz ki, onlar köhnə qaydalarla yaşamaq istəmirlər. Biz isə elə bir mühit yaratmalıyıq ki, gənclər innovativ düşüncələrə yiyələnə bilsinlər. Lakin köhnə, ənənəvi qaydalardan da qopmamaq lazımdır. Ənənəvi cəmiyyətin əsasını təşkil edən milli-mənəvi adətləri qorumaq mühümdür. Buna görə də köhnə və yenil nəsil arasındakı körpünü qorumaq lazımdır".

Sevinc
 

0