Tövbə nədir?

MARAQLI
19:58 / 16.05.2025
41

"Tövbə, dində günahdan, yanlış inancdan dönüb haqqa, Allaha üz tutmaq, əməlləri düzəltməkdir".

Bu sözləri Hit.az-a ilahiyyatçı Tural İrfan deyib.

O bildirib ki, tövbə edən insan əvvəlcə əməlinin yaxud inancının yanlış olduğunu dərk etməlidir: 

"Sonra peşman olmalıdır. Tövbəni bir çox şərtləri var. Peşman olaraq haqqını qəsb etdiyi, incitdiyi adamların hamısından halallıq almalıdır. Və bir daha geri, tərk etdiyi pis əməllərə dönməməlidir. Tövbə pis yoldan haqqa dönməkdir. Bunun üçün bəziləri xüsusi ayin təşkil edirlər, kiminsə əlini Qurana basdırırlar, yaxud pirə, ziyarətgaha aparırlar. İslamda tövbə üçün belə şeylər yoxdur. Sadəcə insan peşman olub ,Allaha üz tutub dua etməli, bağışlanma diləməlidir. Tövbə o zaman qəbul olur ki, insan bir daha keçmiş batil yoluna qayıtmasın.

Pis vərdişlərə aludə olanlar, radikal və batil inanclara düçar olanlar əgər peşman olub haqqa üz tutsalar bu özü də tövbədir. Tövbəni pozmaq böyük günahdır. İnsanın Allah yanında etibar və etimadının sarsılmasıdır.

Tövbə etmək insanı daxilən saflaşdırır, yüngülləşdirir və təmizləyir. Lakin bu şərtlə ki, geri dönüş olmasın. Allaha söz verən adam gərək bu sözünü pozmasın".

Sevinc
 

0