Bu "Google Earth" görüntüsü dünyaya baxışınızı dəyişəcək!

MARAQLI
15:24 / 21.05.2025
64

"Google Earth"dən alınan bir görüntüdə görünən mavi-mavi mənzərənin arxasında Yerin iqlim tarazlığını əlinə tutan nəhəng bir su kütləsi uzanır. Sakit okeanın 155 milyon kvadrat kilometrlik sahəsi və 11 min metrlik dərinliyi planetimizin gələcəyini necə formalaşdırır?

HİT.az cəbər verir ki, planetimizin təxminən 71%-i sularla örtülüdür, amma bu mavi kürənin ən təsir edici hissəsi şübhəsiz ki, Sakit okeandır. "Google Earth"ın təqdim etdiyi son görüntülər bu nəhəng su kütləsinin nə qədər böyük və sirli olduğunu bir daha xatırladır.

NOAA məlumatlarına görə, 155 milyon kvadrat kilometrdən çox sahəsi olan Sakit okean Yerin ümumi quru sahəsindən demək olar ki, iki dəfə böyükdür. Bəs bu sonsuz su kütləsinin dərinliklərində nələr gizlənir?

Sakit okeanın dərinliyi ölçüsü ilə yarışır. Orta hesabla 4.000 metr dərinliyə malik olan okeanın ən dərin nöqtəsi Mariana çökəkliyində yerləşən Challenger Deepdir. Bu nöqtə dəniz səviyyəsindən tam 10.984 metr aşağıdadır və Everest dağını belə içərisində gizlədə biləcək qədər dərinə enir. Bu nəhəng sahə planetimizin bütün açıq su ehtiyatının yarısından çoxunu özündə saxlayır. "Google Earth"də göründükdə isə Amerika və Avstraliya qitələri demək olar ki, silinir; Yer mavi-mavi bir kürəyə çevrilir.

373909

Qitələrarası uçuş edənlər Sakit okeanın nə qədər geniş olduğunu ən yaxşı bilənlərdəndir. Məsələn, Sidneydən Los-Ancelesə olan 15 saatlıq uçuşun böyük hissəsi sonsuz mavinin üzərində keçir. Bu nəhəng sahədə qarşınıza çıxacaq tək şey Havay kimi bir neçə vulkanik ada və ya "kosmik qəbiristanlıq" kimi tanınan Point Nemo olacaq. Bu nöqtə qurudan ən uzaq məkan kimi tanınır və hətta astronatlar belə buradan keçərkən tənhalığın nə demək olduğunu hiss edirlər.

Sakit okeana adını verən portuqaliyalı səyyah Ferdinand Magellan 1520-ci ildəki kəşf səyahətində okeanın sakit sularından təsirlənərək ona "Mar Pacifico" (Sakit dəniz) adını vermişdi. Amma bu ad okeanın əsl xarakterini əks etdirmir. Çünki Sakit okean zəlzələlərdən sunamilərə, nəhəng dalğalardan tropik fırtınalara qədər saysız təbii hadisələrə ev sahibliyi edir.

Sakit okeanın böyüklüyü yalnız coğrafi deyil, həm də ekoloji və iqlim xarakterlidir. Xüsusilə də El Nino və La Nina kimi iqlim hadisələri bu okeanın temperatur dəyişiklikləri ilə aktivləşir. El Nino Cənubi Amerikada daşqınları artırarkən, Avstraliyada quraqlıqları şiddətləndirə bilər. La Nina isə tam əks təsir göstərərək dünya üzrə kənd təsərrüfatı, enerji istehsalı və fəlakət idarəçiliyi kimi sahələrə birbaşa təsir edir. Bu da Sakit okeanın uzaq bir su kütləsi olmaqdan daha çox, planetin "iqlim idarəetmə mərkəzi" kimi çalışdığını göstərir.

Sakit okean təkcə ölçüsü ilə deyil, dərinlikləri və iqlimə təsiri ilə də Yerin ən kritik ekosistemidir. Onu anlamaq planetimizin su dövrünü, iqlim tarazlığını və hətta gələcəyini anlamaq deməkdir. Amma bu nəhəng su kütləsi insan tərəfindən yaradılan çirklənmə və iqlim dəyişikliyi təhlükəsi altındadır. Sakit okeanı qorumaq təkcə okeanın deyil, bütün canlıların gələcəyini qorumaq deməkdir...

Samir

0