İnteryer üslublarındakı anti-trendlər açıqlandı: Saray klassikasından imtina edin!

MARAQLI
18:44 / 21.05.2025
56

Rusiyalı interyer dizayneri Kseniya Kuznetsova gazeta.ru-ya açıqlamasında son illərdə aktualığını itirən interyer üslublarını sadalayıb. 

HİT.az xəbər verior ki, onun sözlərinə görə, saray klassikası, şebbi-şik (shabby chic) və müəyyən dərəcədə Skandinaviya stili artıq dəbdən düşməyə başlayıb.

Kseniya Kuznetsova qeyd edib ki, 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində populyar olan saray klassikası – qızıl işləmələr, bol relyeflər, tağlar və süni dekorlarla seçilən bu üslub – artıq zövqlü interyerin göstəricisi kimi qəbul edilmir:

"Bugünkü premium seqment daha təmkinli və zərif stillərə üstünlük verir – məsələn, mid-century modern (XX əsrin ortalarına aid modernizm), müasir tərzdə interpretasiya olunmuş neoklassika və ar-deko. Amma bu üslublar artıq funksionallıq və sadəliyə önəm verir. İndiki interyerdə təkcə vizual təəssürat yetərli deyil – icra keyfiyyəti və istifadə olunan materiallar da mükəmməl olmalıdır".

Kuznetsova həmçinin vurğulayıb ki, romantik detalları və nostalji atmosferi ilə tanınan şebbi-şik stili də getdikcə az tətbiq olunur. Onun sözlərinə görə, bu üslub əsasən şəhər mənzillərində deyil, bağ evlərində və kotteclərdə öz yerini qoruyur, lakin daha sadələşdirilmiş və müasir formada:

"Müasir interyerlər çoxfunksiyalı və gündəlik həyat üçün daha uyğun olmalıdır. Şebbi-şik isə estetikaya və dekorativliyə fokuslandığı üçün bu tələblərə hər zaman cavab vermir".

Skandinaviya üslubunun isə tamamilə populyarlığını itirmədiyini qeyd edən dizayner, onun sadəcə transformasiya mərhələsində olduğunu bildirib%

"Skandi üslubunun əsas prinsipləri – funksionallıq, minimalizm və açıq rəng palitrası – aktual olaraq qalır. Lakin artıq bu üsluba fərdilik əlavə olunur. Neytral rənglərə vurğulu çalarlar, toxunuş hissi verən teksturalar və maraqlı dekor elementləri əlavə edilir. ‘Təmiz skandi’ üslubunun yerini indi soft-minimalizm, ‘japandi’ (yapon və skandi vəhdəti), həmçinin ‘yeni skandi’ adlandırılan, fərdi yanaşma və yerli brendlərin istifadəsini əhatə edən stil tutur".

Bundan əvvəlki sorğulara əsasən məlum olub ki, rusiyalıların 43 faizi mətbəx dizaynında standart modullu şkaflara üstünlük verir və bir üslubda yığılmış, funksional mətbəxləri seçirlər.

Samir

0