Karma nədir?

MARAQLI
21:55 / 21.05.2025
48

Bu gün tez-tez “karma” sözünü eşidirik. 

Maraqlıdır, karma nədir? 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, karma davranış nümunələrinə əsaslanan zehni impulslardır. Bu impulslar bizi müəyyən bir şəkildə hərəkət etməyə, danışmağa və düşünməyə sövq edir:

“Karma” termini aktiv qüvvə deməkdir.  İnsanlar yaxşı əməllər edərkən müsbət karma yığırlar, pis əməllər isə mənfi karma doğurur. İnsan həyatında karma çox mühüm rol oynayır, çünki o, insanın həyatı ilə bağlı seçimlər etməyə və bu seçimlərin nəticələrini başa düşməyə kömək edir. Karma, insanlara həyatlarında baş verən hadisələri daha dərindən anlamağa və həyatın ziddiyyətlərini qəbul etməyə dəstək verir. Hər bir insan öz həyatında karma ilə qarşılaşır. Bu qarşılaşmalar, onların keçmişdə etdikləri əməllərlə sıx bağlıdır, amma ən əsası, bu əməllərin indiki dövrü və gələcəyi necə formalaşdıracağı ilə əlaqəlidir. Bir insan mütəmadi olaraq yaxşı niyyətlə, başqalarına kömək etməyə çalışarsa, o zaman həyatında müsbət hadisələr baş verir və ətrafındakılarla əlaqələri güclənir. Karma, əslində insanlara öz əməllərinin başqalarına necə təsir etdiyini göstərir”. 

Sevinc

0