Bəzi xanımlara “kişi kimi qadın”sözü deyilir.
“Kişi kimi qadın” ifadəsi, cəmiyyətdə qadınların güclü, sərt və müstəqil xüsusiyyətlərini təsvir etmək üçün istifadə olunur.
Bu termin, ənənəvi qadın obrazlarından fərqli olaraq, daha cəsarətli, iradəli və öz yolunu seçən qadınları ifadə edir.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, “Kişi kimi qadın” deyildikdə, çox vaxt güclü və müstəqil xarakterlər nəzərdə tutulur:
“Bu qadınlar heç kimə boyun əyməyib, öz istəkləri ilə irəliləyirlər. Onlar iş dünyasında lider mövqelərdə yer alır, şəxsi həyatlarındaysa cəsarətli seçimlər edirlər. Onların həyat tərzi, daha çox məqsəd yönlüdür və başqalarından təsirlənmədən öz yolunda irəliləyirlər. Kişi kimi qadın olmaq, sadəcə olaraq , güclü və müstəqil olmaq deyil, həm də öz duyğularını açıq şəkildə yaşayaraq, başqalarına ilham verməkdir. Bu ifadənin istifadəsi, cəmiyyətin qadınlardan gözlədiyi ənənəvi roldan kənara çıxan və öz şəxsiyyətini formalaşdıran qadınların mövqeyini təmsil edir”.
Sevinc