Bu tarixlərdə doğulan insanlar müdrik ruh daşıyırlar - MARAQLI

MARAQLI
18:52 / 11.06.2025
84

Bəlkə də siz də o insanlardansınız ki, başqalarından fərqlənirsiniz – numeroloqların fikrincə, bəzi tarixlərdə doğulan insanlar dərin daxili müdrikliyə və “köhnə ruh”a sahib olurlar.

HİT.az xatırladır ki, astroloji və numeroloji kimi praktikalar elmi sahələr hesab olunmur. Bu sahələr qədim inanclara və subyektiv təcrübələrə əsaslanır, elmi cəhətdən sübuta yetirilməyib. Belə materiallar əyləncə və maraq xarakteri daşıyır və qərar vermək üçün əsas kimi istifadə edilməməlidir.

Əgər siz bu siyahıdakı günlərdən birində doğulmusunuzsa, ay və ildən asılı olmayaraq, inanclara görə qədim ruha sahib, ruhani cəhətdən inkişaf etmiş bir insansınız. Parade nəşrinin yazdığına görə, sizi qoruyucu mələklər istiqamətləndirir və siz həyat təcrübəsi ilə dolu daxili bir aydınlığa sahibsiniz.

"Köhnə ruh" daşıyan doğum tarixləri

7 - Numerologiyada bu rəqəm daxili müdriklik, güclü intuisiya və ruhani bağlılıqla əlaqələndirilir. Bu tarixdə doğulanlar sakit, düşüncəli və fəlsəfi təbiətə sahib olurlar. Onlar həyatı müşahidə edərək onun sirrlərini açmağa can atırlar.

9 - Bu insanlar şəfqət, empati və şəfa enerjisi ilə seçilirlər. Onlar başqalarına yardım etmək, cəmiyyətin rifahına töhfə vermək istəyirlər. Onlar emosional olaraq yetkin və başqalarının dərdinə şərik ola bilən, fədakar şəxsiyyətlərdir.

11 - Numerologiyada bu rəqəm müqəddəs sayılır. Bu tarixdə doğulanlar yüksək intuisiya, ruhani bilik və daxili aydınlığa malikdirlər. Onlar başqalarına yol göstərmək və öz mənəvi missiyalarını yerinə yetirmək arzusu ilə yaşayırlar.

27 - 27-si tarixində doğulanlar inkişaf etmiş emosional zəka və sakit dərinliklə seçilirlər. Onlar introspektivdirlər, yəni tez-tez öz daxili aləmlərinə dalırlar. Bu insanlar əvvəlki həyatlara dair hisslərə malik ola bilərlər və başqalarına kömək etmək, biliklərini paylaşmaq ehtiyacı hiss edirlər.

Samir

0