Yeni dərəcə açıqlandı: Nəhəng asteroidin Aya dəymə ehtimalı artır

MARAQLI
23:53 / 12.06.2025
79

Bir vaxtlar Yerlə toqquşması gündəmdə olan, lakin sonradan istiqamətini Aya dəyişən 2024 YR4 asteroidinin təhlükə ehtimalı artır.

HİT.az xəbər verir ki, 2032-ci ildə Aya çırpılma ehtimalı artan 2024 YR4 asteroidi elm aləmində diqqətlə izlənilir. Əvvəllər Yer üçün potensial təhlükə olaraq görülən bu nəhəng qaya indi Ay üçün risk olaraq görülür.

Son aylarda Yerlə toqquşma ehtimalı ilə narahatlıq yaradan 2024 YR4 asteroidi son müşahidələrlə Aya istiqamətini dəyişib. NASA-nın Ceyms Uebb Kosmik Teleskopundan (JWST) əldə edilən ən müasir məlumatlar bu "şəhər qatili" böyüklüyündəki göy cisminin 2032-ci ildə Aya dəymə ehtimalını 3,8%-dən 4,3%-ə yüksəldib. Təxminən 53-67 metr diametrli və ya 10 mərtəbəli bina ölçüsündə olan bu asteroid ilk kəşf edildiyi zaman 3,1%-ə qədər ehtimalla Yer üçün ciddi risk təşkil edirdi. Lakin dəqiq hesablamalar nəticəsində Yer üçün bu təhlükə demək olar ki, sıfıra endirilib.

2025-ci ilin may ayında Ceyms Uebb Kosmik Teleskopu tərəfindən aparılan dəqiq müşahidələr asteroidin orbitindəki qeyri-müəyyənliyi təxminən 20% azaldıb ki, bu da Ay ilə toqquşma ehtimalını daha dəqiq müəyyən etməyə imkan verub. Alimlər bildirirlər ki, 2024 YR4 Aya düşsə belə, bu, Ayın orbitində heç bir dəyişikliyə səbəb olmayacaq və Yer üçün təhlükə yaratmayacaq. Əksinə, belə bir hadisənin Ayın səthində yeni kraterin əmələ gəlməsini müşahidə etmək və planetlərin müdafiə strategiyalarını hazırlamaq üçün unikal elmi imkan yaradacağı düşünülür.

Hazırda Yerdən çox uzaqda olan 2024 YR4 2028-ci ildə yenidən görmə sahəmizə daxil olacaq və elm adamları bu proses zamanı daha çox məlumat toplamaq niyyətindədirlər. Bu asteroid həm də erkən aşkarlama və izləmə sistemlərinin effektivliyini yoxlamaq üçün mühüm nümunədir. Alimlər gələcəkdə mümkün asteroid təhlükələrinə hazır olmaq üçün bu cür göy cisimlərinin orbitlərini və xüsusiyyətlərini yaxından izləməyə davam edəcəklər.

Buna baxmayaraq, bütün bəşəriyyət olaraq kosmos texnologiyalarına və NASA kimi qurumlara sərmayə qoyan İlon Mask kimi iş adamlarından qırmızı idman avtomobillərinin kosmosa göndərilməsi şousu yaratmaq kimi şeylərə pul xərcləmək əvəzinə, planetə yaxınlaşan təhlükəli asteroidləri vura və məhv edə biləcək texnologiyalara diqqət yetirmələrini gözləyirik. 

Samir
 

0