Kainat öz varlığına əvvəllər düşünüldüyündən çox tez son verə bilər - 10^1100 (ondan sonra 1100 sıfır) ildə deyil, "yalnız" 10^78 (ondan sonra 78 sıfır).
HİT.az xəbər verir ki, bu qənaətə Radboud Universitetindən (Niderland) Geino Falkenin rəhbərlik etdiyi astrofiziklər "Cosmology and Astroparticle Physics" jurnalında dərc olunmuş yeni araşdırmada gəliblər.
Bu rəqəm hələ də insanın ağlından kənardadır, lakin bu onu göstərir ki, hətta kainatdakı ən möhkəm strukturlar - ağ cırtdanlar, neytron ulduzlar, qara dəliklər də Hokinq şüalanmasına bənzər son dərəcə yavaş kvant prosesləri səbəbindən tədricən buxarlanır.
Əvvəllər yalnız qara dəliklərin "buxarlana" biləcəyinə inanılırdı. Lakin alimlər sübut edirlər ki, digər fövqəladə sıx obyektləri də oxşar çürümə gözləyir. Bu, kainatın sonuncu "sakini"nin kimin olacağı barədə düşüncəmizi yenidən yazır.
"Son gözləniləndən çox tez gələcək, lakin bəşəriyyət bunu görməyəcək - bu, hər hansı bir zaman anlayışından kənarda baş verəcək", deyə Falke bildirib.
Tapıntı həm də yeni suallar doğurur: Eramızın izləri qalacaqmı? Və tsiklik multiverselər vasitəsilə dirçəliş mümkündürmü?
Bir şey dəqiqdir: hətta sonuncu ulduz öləndən sonra da kvant fizikası kainatın anında "ölməsinə" imkan verməyəcək.
Samir