Günəşdə nəhəng dəlil açıldı: Dünyaya doğru gəlir!

MARAQLI
21:57 / 23.06.2025
40

Astronomlar Günəş səthində yaranan qeyri-adi böyüklükdə qaranlıq bir sahəyə diqqət yetirirlər. Kosmosdan əldə edilən xüsusi rentgen və ultrabənövşəyi şəkillərdə aydın görünən bu nəhəng quruluş adi bir deşik deyil.

HİT.Az xəbər verir ki, "Koronal deşik" adlanan bu sahə Günəşin atmosferində temperaturun və sıxlığın qəfil azaldığı, nəhəng günəş küləklərinin atıldığı bir zonadır. Lakin bu dəfə vəziyyət daha fərqlidir. Çünki bu nəhəng koronal deşik birbaşa Dünyaya tərəf dönmək üzrədir.

"Koronal deşik"lərdən çıxan yüksək sürətli hissəciklər Yerin maqnit sahəsinə dəydikdə güclü geomaqnit fırtınaları yarada bilər. Bu da rabitə sistemlərindən GPS infrastrukturuna, elektrik şəbəkələrindən peyklərə qədər bir çox texnologiyanı təsirləyə biləcək risklər daşıyır. Səlahiyyətlilər xüsusilə şimal enliklərində yaşayanlar üçün şimal işıqlarının (aurora) görünmə ehtimalının da artdığını bildirirlər.

Günəş 11 illik dövrünün ən aktiv mərhəlləsinə doğru irəliləyərkən mütəxəssislər bu cür koronal deşiklərin daha tez-tez və daha təsirli olacağını deyirlər. Bəzi alimlərə görə bu quruluş yaxınlaşan daha böyük günəş partlayışlarının əlaməti ola bilər. Əgər bu partlayışlar Dünyaya tərəf baş versə, texnoloji infrastruktur üzərində ciddi nəticələr doğura bilər.

NASA-nın və digər rəsədxanaların yayımladığı şəkillərdə Günəşin yuxarı yarımkürəsində aydınlaşan tünd ləkə, demək olar ki, Yerin bir neçə qatı böyüklüyündədir. Bu zonadan yayılan sürətli günəş küləklərinin bir neçə gün ərzində planetimizə çatması gözlənilir.

Hərçənd "koronal deşik"lər zaman-zaman müşahidə olunsa da bu ölçüdə bir quruluşun yaranması nadir hallarda rast gəlinən bir vəziyyətdir. Alimlər hazırda həyəcanlanmağa ehtiyac olmadığını, lakin prosesin diqqətlə izlənilməsi lazım olduğunu vurğulayırlar.

Samir

0