Yaş artdıqca saçın quruluşu dəyişə, nazilə bilər və əvvəlki sıxlığını itirə bilər. Lakin bu, dəbli saç düzümündən imtina etmək üçün səbəb deyil. Əksinə, düzgün seçilmiş qısa saç kəsimi vizual olaraq cavan göstərir, saça dolğunluq verir və görünüşə zəriflik bəxş edir.
HİT.az xəbər verir ki, aşağıda 40 və 50 yaşdan yuxarı qadınlar üçün uyğundur, asan qulluq tələb etməyən, üz cizgilərini vurğulayan və zamana uyğun qısa saç modelləri təqdim olunur.
1. Zirvədə həcmi olan “pixie”
Ən universal saç kəsimlərindən biridir. Bu cür həcimli qısa saçlar başın üst hissəsinə dolğunluq verir və saçları daha qalın göstərir. Yüngül pilləli keçid əlavə olunarsa, effekt daha da artır. Həm 40, həm də 50 yaşdan yuxarı xanımlar üçün uyğundur.
2. Yumşaq teksturalı “bob”
Klassik “bob” seyrək saçlar üçün əsl xilasedicidir. Düz və ya assimmetrik variantları ilə təqdim oluna bilər. Bu kəsim oval sifət formasına xüsusilə yaraşır – üz cizgilərini ön plana çıxarır və ümumi görünüşü daha toparlanmış edir.
3. Gradual “garson”
Minimalist və baxımı asan saç düzümünü üstün tutan qadınlar üçün “garson” ideal seçimdir. Fensiz belə formasını saxlayan bu kəsim, seyrək və nazik saçlar üçün əla həll yoludur. 50 yaşdan sonra xüsusilə rahat və praktik olur.
4. Uzadılmış “pixie” – yumru sifət üçün
Yumru üz quruluşuna sahib qadınlar üçün yanlara çəkilən və ya uzadılmış qaküllərlə tamamlanan “pixie” modeli uyğundur. Bu kəsim üzü vizual olaraq daha incə göstərir və görünüşə incəlik qatır.
5. Assimmetrik forma və maili qakül
Dinamik və müasir görünmək istəyən xanımlar üçün assimmetrik qısa saç kəsimi əla seçimdir. Maili qaküllər və qeyri-bərabər tellər diqqəti saçın nazikliyindən yayındırır və dolğun görünüş yaradır.
Nəticə: Seyrək saçlar üçün qısa saç kəsimləri – 50 yaşdan yuxarı xanımlar üçün cavan, zərif və özünəinamlı görünmək, eyni zamanda gündəlik baxıma daha az vaxt sərf etmək imkanı yaradır. Əsas odur ki, seçilmiş model üz quruluşuna və saç teksturasına uyğun olsun.
Samir