Yay aylarında necə içki içilməlidir?

MARAQLI
22:15 / 01.07.2025
43

Yayda istehlak etdiyimiz içkilərin demək olar ki, çoxu susuzluğu yaxşı yatırmır.

Bu cür içkilər içmək istəyini daha da artırır. Belə içkilərin tərkibində çoxlu şəkər var, bunun əksinə, isti günlərdə istehlakı azaldılmalıdır. 

Hit.az xəbər verir ki, isti yay aylarında suya bəzi əlavələr etmək daha yaxşıdır.

Limon susuzluğu yatırmaq üçün suyu ideal hala gətirir.  

Az miqdarda zəncəfil və limondan istifadə olunarsa orqanizmin maye balansını təmin edər. 

Yay aylarında insanların maddələr mübadiləsinin sürəti aşağı düşdüyündən qəbul etdiyi qidaları həzm edə bilmir və bu orqanizmə ağırlıq verir.

Müəyyən vaxtdan sonra vitamin, mineral çatışmazlığına gətirib çıxarır. 

Bağırsaqların hərəkəti ləngiyir ki, bu da qəbizliyə, artıq çəkiyə, şişkinliyə səbəb olur.

Sevinc
 

0