Əvvəllər insanlar bir-birlərinə qarşı olan hisslərini məktubla dilə gətirirdi.
Kimisi sevgisini, kimsə ailəsinə olan özləmini, bütün duyğularını məhz məktub vasitəsilə çatdırırdılar.
Ancaq indi məktublaşmaq demək olar ki, yoxdur. Hər kəs texnikanın yaratdığı imkanlar sayəsində öz hisslərini qarşə tərəfə çatdırır.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, məktublaşmaq artıq tarix olub:
“Bu gün o məktublar yazılmırsa, demək, insanlarda, cəmiyyətdə mənəvi aşınma yaşanır. Nəzərə almaq lazımdır ki, məktub yazmaq tək romantika deyil, həm də insanlarda yazmaq qaydasını formalaşdırır. İnsanlar yazmaqla yazı qabiliyyətlərini inkişaf etdirirdilər. Ancaq indi hər kəs telefonla bir iki kəlmə yazmaqla heç bir inkişafdan danışmaq mümkün deyil”.
Sevinc