Dənizlərin amansız ovçuları olan köpək balıqlarının çox böyük bir "qüsur"u var: Tərs çevrildikləri zaman iflic olmuş kimi hərəkətsiz qalırlar. Bəs səbəbi nədir?
HİT.az xəbər verir ki, elm adamları hələ də köpək balıqlarının tərs çevrildikdə sərgilədiyi bu qəribə "donma" davranışının sirrini araşdırır. Bu sirli halın onların həyati qorunma mexanizmi yoxsa bir növ şüur itkisi olduğu hələ dəqiq deyil.
Köpək balıqlarının maraqlı xüsusiyyətlərindən biri də qarınları yuxarı çevrildikdə hərəkətsiz qalmalarıdır. Bu vəziyyət elmi ədəbiyyatda "tonik hərəkətsizlik" kimi tanınır və köpək balıqları üzərində aparılan tədqiqatlarda tez-tez müşahidə edilir. Çoxları bunu hipnoz və ya trans halı kimi şərh edir. Lakin elm dünyası bu fenomenin arxasında duran fizioloji və nevroloji mexanizmləri tam aça bilməyib. Bu davranış xüsusilə ağ köpək balığı kimi yırtıcı növlərdə belə görünməsi ilə daha da maraq doğurur.
Tonik hərəkətsizliyin səbəbləri haqqında nəzəriyyələr:
Müdafiə mexanizmi: Bəzi tədqiqatçılar bunun köpək balığının özünü qorumaq üçün inkişaf etdirdiyi bir üsul olduğunu düşünür. Tərs çevrilən köpək balığı ovçulara daha az təhlükəli görünə bilər və ya diqqəti yayındıraraq qaçmağa imkan verə bilər.
Duyğu sistemi çökməsi: Digər nəzəriyyəyə görə, bu vəziyyət tarazlıq orqanlarının həddindən artıq stimullaşması nəticəsində yaranan bir növ şokdur. Köpək balığının daxili qulağındakı tarazlıq sensorlarının ani pozisyon dəyişikliyi qarşısında həddindən artıq yüklənməsi müvəqqəti iflicə səbəb ola bilər.
Təkamül sualı:
Bəs niyə siçan və sincab kimi kiçik heyvanların ovçulardan qaçmaq üçün etdiyi "ölü kimi davranma" hiyləsi, heç kəsdən qaçmayan və ov olmayan köpək balığında görülür? Bəlkə də bu "evrimsel məlumat" onlara milyon illər əvvəl nəhəng ovçulardan qaçmaq məcburiyyətində qalmış əcdadlarından miras qalmışdır?
Samir