Müasir dövrdə münasibətlər niyə qısaömürlü olur? - 6 səhv

MARAQLI
21:57 / 15.07.2025
62

Müasir dövrdə münasibətlərin əksəriyyəti hələ bağ qurulmamış sona çatır. 

HİT.az xəbər verir ki, dözümsüzlük, şəxsi prioritetlərin münasibətlərdən üstün tutulması, daim onlayn olsa da dərin ünsiyyətin qurulmaması, empati çatışmazlığı və səbirsizlik münasibətləri zəiflədən əsas amillər arasındadır.

İnsanlar münasibətlərə "Necə görünürəm?", "Yetərincə maraq doğururam?", "Əgər onu itirsəm, necə toparlanaram?" kimi suallarla yanaşır. Hər iki tərəfin tək qalma hissi yaşadığı bir dövrdə münasibətlərin mahiyyəti dəyişir.

Münasibətlər artıq iki nəfər arasında qalmır. Görünürlük, bəyənilmə və təsdiqlənmə istəyi münasibətləri sarsıdır. Sosial mediada paylaşım edilməməsi, fotolarda etiketlənməmək və ya mesajların gec gəlməsi belə münasibətləri dərindən zədələyə bilir.

6 yayğın səhv və onların dağıdıcı təsiri

1. Tənqidi ünsiyyət sanmaq

Şəxslər narahatlıqlarını ifadə edərkən qarşı tərəfi günahlandırmağa meyilli olurlar. “Bu davranışın məni incitdi” əvəzinə “Sən həmişə belə olmusan” kimi cümlələr qurmaq ünsiyyəti hücuma çevirir. Tənqid duyğusal fərqindəlikdən uzaq olduqda müdafiə reaksiyası doğurur və münasibəti dəyərsizləşdirir.

2. Susaraq məsafə yaratmaq

Susmaq sakitlik deyil, əksər hallarda uzaqlaşmadır. “Danışmağa dəyər bir şey yoxdur” və ya “Onsuz da anlamırsan” kimi fikirlər, problemin deyil, uzaqlaşmanın göstəricisidir. Danışılmayan hər problem zamanla münasibəti içdən içə yeyir.

3. Partnyoru cəmiyyət içində alçaltmaq

Başqalarının yanında partnyoru ələ salmaq və ya onu kiçik düşürmək, münasibətdəki etimadı sarsıdır. Bu davranışın ardınca gələn “Zarafat etdim” cümləsi isə daha da yaralayıcı olur. Münasibətlərdə sevgi qədər hörmət də vacibdir.

4. “Mən belə biriyəm” deyib dəyişməyə müqavimət göstərmək

“Beni belə qəbul et” yanaşması dəyişməyə qarşı müqavimət deməkdir. Halbuki münasibət qarşılıqlı inkişafla möhkəmlənir. Dəyişməyən şəxsiyyətlər münasibəti elastik olmayan bir sahəyə çevirir və bu da ilk sarsıntıda qırılmalara səbəb olur.

5. Duyğuları ifadə etmədən başa düşülməyi gözləmək

“Demədən anlamalıdır”, “Sevən hiss edər” kimi düşüncələr ünsiyyəti yox sayır. Halbuki ifadə olunmayan hər hiss zamanla inciklik yaradır. Münasibət intuisiya ilə deyil, açıq danışıqla güclənir.

6. Rəqəmsal tələyə düşmək

Sosial media tanış olmağı asanlaşdırsa da, bağ qurmağın dəyərini azaldıb. Münaqişə anında münasibəti davam etdirmək yerinə “onun yerini dolduracaq biri mütləq var” düşüncəsi üstünlük qazanır. Beləcə münasibətlər dərinləşmədən tükənir. Çünki rəqəmsal dövrdə hər kəs əlçatan görünür, amma heç kim vazkeçilməz sayılmır.

Nəticə

Münasibətlər artıq xaricdən necə göründüyünə deyil, daxilən necə hiss olunduğuna əsaslanmalıdır. Etibarlı bağlar bəyənilməklə deyil, qarşılıqlı güvənlə qurulur.

Samir
 

0