Apardılan tədqiqata görə, təxminən 7 milyard il sonra kainatın genişləməsi dayanacaq və sonra tədricən kiçilməyə başlayacaq. Kornell Universiteti, Şanxay Jiao Tong Universiteti və digər qurumların fiziklərinin birgə apardığı bu araşdırma, tünd enerjinin statik deyil, dinamik quruluşa malik ola biləcəyini irəli sürür.
HİT.az xəbər verir ki, bu çərçivədə Tünd Enerji Araşdırması da daxil olmaqla müxtəlif astronomik tədqiqatlardan toplanan məlumatlardan istifadə edən alimlər, kainatımızın elm adamlarının uzun müddətdir nəzəriyyələşdirdiyi "Böyük Çöküş" (Big Crunch) ilə sonlanacağını proqnozlaşdıran yeni bir model yaratdılar. Modelə görə, kainat Böyük Partlayışdan təxminən 33.3 milyard il sonra yox olacaq.
Hazıra qədər kainatın təxminən 13.8 milyard yaşında olduğu hesablanırdı. Bu rəqəm və modelin proqnozuna əsasən, kainatın öz üzərinə çökməsinə 20 milyard il qalıb. Yəni 20 milyard il sonra kainat məhv olacaq.
Lakin bu kiçilmə prosesinin başlamasına hələ 7 milyard il var. 7 milyard il sonra kainat daralmağa başlayacaq. Tək bir nöqtə qalana qədər öz üzərinə çökəcək və 20 milyard il sonra isə hər şeyi məhv edəcək.
20 milyard il sonra insanlıq hələ də mövcud olub-olmıyacağı bilinmir, amma o vaxt kim yaşayırsa, sağ qalmaq üçün paralel kainata keçid yolunu tapmaq məcburiyyətində olacaq. Əks halda vəziyyət pisdir...
Samir